Gizli xəzinənin yeri

Gizli xəzinənin yeri
23:47 12 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) nəql edir: "Bir cavan mömin, atamın (İmam Baqirin (ə)) yanına gəlir və deyir: "Mənim atam fasiq və Əhli-beytə (ə) müxalif bir insan idi. İndi vəfat etmişdir. O, mənim Əhli-beyt (ə) davamçısı olduğumu bilirdi və ona görə də malını məndən gizlətmişdi. Mümkündürsə, mənə bu yolda yardım edin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Baqir (ə) buyurdu: "İstəyirsənmi ki, atanı görəsən və nə istəyirsən ondan soruşasan?". Cavab verdi: "Bəli, mən çox yoxsul və ehtiyaclıyam".
Həzrət (ə) məktub yazdı və oan möhür vurdu, sonra da həmin cavana verdi və buyurdu: "Bu məktubu Bəqi qəbiristanlığına apar. Nə zaman qəbiristanlığın ortasında qərar tutsan, çağır və de: "Ya Durcan!". O zaman bir nəfər gələcək və məktubu ona təhvil ver ki, səni istəyinə çatdırsın". Elə ki, cavan Bəqi qəbiristanlığına gedir, Həzrətin (ə) əmrinə əməl edir və məktubu təhvil verir. Durcan deyir: "Atanla görüşmək istəyirsənmi?". Deyir: "Bəli".
Bu zaman Durcan Mədinənin yaxınlığında olan dağa tərəf yollanır. Bir qədər keçəndən sonra qara rəngli bir kişi ki, boynuna və dilinə zəncir vurmuşdular, mənə tərəf gəldi. Durcan dedi: "Ey cavan! Bu, sənin atandır. Cəhənnəmin atəşi və İlahi əzab onu bu hala salmışdır". Ondan sonra mən atamın halını soruşdum. Atam mənə dedi: "Oğlum! Mən Bəni-Üməyyənin dostlarından və onlara əlaqəm olanlardan idim. Sən Əhli-beytin (ə) dostlarından olduğun üçün düşmənçilik edirdim. Səni öz malımdan məhrum etdim. Əhli-Beytə (ə) kin bəslədiyim üçün məni bu halda və ağrılı əzabda müşahidə edirsən. İndə öz əməlimdən çox peşman olmuşam. Ancaq halıma faydası yoxdur.
Xəzinəni filan bağda zeytun ağacının altında gizlətmişəm. Onun 50 min sikkəsini Həzrət Əbu Cəfərə (ə) ver. Qalan mal özün üçün olsun".
Cavan həmin sikkələri atamın xidmətinə gətirən zaman, onların hamısını aldı. Bir hissəsi ilə yoxsul bir insanın borcunu qaytardı və qalanı ilə torpaq satın aldı ki, yoxsullar ondan istifadə etsinlər. Buyurdu: "Meyit onun vasitəsilə faydalanacaq və sevinəcəkdir"". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR