Rusiya Suriyada türkmənlərə hücumlar həyata keçirmək məqsədilə bu ölkənin Latakiya əyaləti ətrafında cırtdan ölkə qurmaq üçün zəmin yaradıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
bildirib.
Agentlik qeyd edir ki, Ərdoğan bu sözləri Ankarada Türkiyənin xarici ölkələrdəki səfirləri ilə görüşündə çıxışı zamanı deyib.
Türkiyə prezidenti çıxışında İranı tənqid edərək, Tehranın öz təsir dairəsini Suriya, İraq və Yəmən kimi ölkələrə genişləndirməyə çalışdığını bildirib.