Hər gün bir yumurta yesəniz FAYDALAR

Hər gün bir yumurta yesəniz FAYDALAR
23:57 12 Yanvar 2016
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, yumurta qaraciyər üçün ağır qida sayılır. Xolesterolla zəngin olduğu üçün çox insan sağlamlığını düşünərək, onu qida rasionundan tamamilə çıxarıb.

Dietoloqlar isə hər kəsin yumurta yeməsini məsləhət görür. Yalnız şəkərli diabet və allergiyası olanlar yumurta qəbulunda sərhəd tanımalıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, digərləri üçün isə bu qida qiymətsizdir.

Gündə neçə yumurta yemək olar?

Yumurta asanlıqla həzm edilən qidadır. Yumurtanın ağı insan bədənində 98% tam həzm olunur. Əzələ kütləsi üçün yemək mütləqdir. Gündə 1 ədəd yumurta yemək arıqlamağa kömək edir, iştahanı azaldır, tez doydurur.  

Yumurtanı səhərlər yemək daha faydalıdır. Bu, orqanizmin aclıq hormonu olan qrelinin miqdarına nəzarət etməsinə kömək edir və nəticədə aclıq hissi duyulmur. İnsan özünü əla hiss edir.  

Yumurta vitaminlərlə zəngindir

Tərkibində çox miqdarda faydalı vitamin daşıyır. 50% A vitamini və 10% D vitamini, fosfor, sink, yod, retinol, riboflavin, dəmir kimi mineral maddə tərkiblidir.

Hər gün 1 ədəd yumurta yeyirsinizsə, göz sağlığınızdan narahat olmağa dəyməz,

Tərkibindəki lutein antioksidanı göz əzələlərini yaş degenerasiyasından qoruyur, vitamin A isə toyuq korluğundan xilas edir.

Yumurta osteoporozdan qoruyur

Qaynadılmış yumurta sümüklərinizin möhkəm olmasının zəmanətidir.

Yumurta beyni gücləndirir

Yumurtanın tərkibində beyin üçün əhəmiyyətli olan xilin maddəsi var. O, yaddaşı yaxşılaşdırmağa, qıcıqlara qarşı tez reaksiya verməyə, yaradıcı düşünməyə yardım edir. Beyin fəaliyyəti üçün əvəzolunmazdır.

Uşağın allergiyası yoxdursa, 3 yaşından sonra zehni inkişafı üçün gündə 1 ədəd yumurta yedirin.

Yumurta ateroskleroz riskini ortadan qaldırır

Yumurtanın qida rasionuna daxilindən sonra qandakı xolesterol miqdarı artmır.

Yumurtanın tərkibində olan fostfatid maddəsi qan damarlarında ateroskleroz lövhəsinin yaranmamasına kömək edir.

Ən yaxşısı yumurtanı kərə, ya duru yağla bişirmədən qaynadılmış vəziyyətdə yeməkdir.  Bununla həzmlə bağlı yarana biləcək problemlərin də qarşısını almış olacaqsız.

Diqqət: Yumurtanın nazik və kövrək qabığı onun keyfiyyətsiz olmasından xəbər verir. Ancaq qəbul edildiyi kimi yumurtanın rəngi onun keyfiyyətinə heç dəlalət etmir.

Gündə bir yumurta yemək sağlamlığınızda möcüzə yaradacaq. İndidən öz qeydinizə qalın ki, gələcəkdə sağlam, çiçəklənən insan olasınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR