Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Real"dan Roberto Karlosa təklif

"Real"dan Roberto Karlosa təklif

Serxio Ramos "Real"ın tarixinə düşdü (08 Mart 2017 08:53)
Serxio Ramosdan tarixi göstərici (08 Mart 2017 05:14)

Tarix: 13 Yanvar 2016 00:07

Son olaraq Hindistanın "Dehli Dinamo" klubunu çalışdıran Roberto Karlos "Real"dan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə braziliyalı özü açıqlama verib.

İspaniya mətbuatına danışan Karlos "Real"dan təklif aldığını təsdiqləyib: "Real"da işləmək mənim üçün şərəfdi. Klubdakı gələcəyimlə bağlı bir görüş keçirdik. Cümə günü bir çox məsələ dəqiqləşəcək". 

Karlos "Real"da idman direktoru olmayacağını bildirib: "İdman direktoru olmaq bir az çətindi. Mənim istədiyim Zidandan bəzi şeyləri öyrənmək və məşqlərdə ona yardımçı olmaqdı".

Qeyd edək ki, Roberto Karlos 1996-2007-ci illərdə "Real"da çıxış edib. O, 2001-2006-cı illərdə "Real"ın hazırkı baş məşqçisi Zinəddin Zidanla birlikdə oynayıb.

Fanat.az

Teqlər:  Realdan Roberto Karlosa təklif



RƏYLƏR


Top xəbərlər