Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​WTI markalı neftin qiyməti 30 dollardan aşağı düşüb

​WTI markalı neftin qiyməti 30 dollardan aşağı düşüb

Date: 13 January 2016 00:27

Bakı. 13 yanvar. REPORT.AZ/ WTI markalı neftin qiyməti 2003-cü ilin dekabrından bir barelə görə psixoloji 30 dollar göstəricisindən aşağı düşüb.
"Report" xəbər verir ki, bu barədə əmtəə birjalarında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin fevral fyuçersləri 3,79 faiz düşərək bir barel üçün 30,2 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fevral fyuçersləri 3,61 faiz düşərək bir barel üçün 30,73 dollar təşkil edib.
Bununla belə hərraclar zamanı WTI fyuçerslərinin dəyəri bir barelə görə 30 dollardan da aşağı düşərək 29,96 dollara çatıb ki, bu da 2003-cü ildə qeydə alınan minimumun yenilənməsi olub. 

Tags:  WTI markalı neftin qiyməti 30 dollardan aşağı düşüb

RƏYLƏR


Top news