Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Avropada 76 milyon miqrant yaşayır

Avropada 76 milyon miqrant yaşayır

Date: 13 January 2016 00:44

Dünyada miqrantların sayı 244 milyona çatıb, onlardan təxminən 76 milyonu  Avropada yaşayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin müavini Yan Eliasson bildirib. Ötən gün BMT-də  miqranlarla bağlı vəziyyətə dair hesabat təqdim edilib.

 

Hesabata əsasən, 2000-ci ildə dünyada miqrantların sayı 173 mln, 2010-cu ildə isə - 222 mln olub. Beləliklə, 15 il ərzində dünyada miqrantların sayı 41 faiz artaraq 244 milyona çatıb. Bu göstəriciyə həmçinin 20 mln qaçqın da daxil edilib.

 

Eliassonun sözlərinə görə, baxmayaraq ki, qaçqın və miqrantlar barəsində müxtəlif hüquq rejimləri şamil olunmasına baxmayaraq, beynəlxalq miqrantlara dair statistika bunu nəzərə almır: “Beynəlxalq miqrantlar termininə bir ölkədə doğulub başqa ölkədə yaşayan bütün şəxslər daxil edilib”, deyə o qeyd edib.  

 

BMT öz ölkəsində məcburi köçkün vəziyyətinə düşən 39,6 mln şəxsi ayrı təqdim edib.

 

Eliassonun sözlərinə görə,  Avropada 76 milyonadək, Asiyada - 75 milyonadək, Şimali Amerikada – 54 milyonadək  beynəlxalq miqrant yaşayır.   

 

Qaçqınların çoxu Suriya, Əfqanıstan və Somali vətəndaşlarıdır.

 


Tags:  Avropada 76 milyon miqrant yaşayır

RƏYLƏR


Top news