Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir ev əşyalarla yandı

Daha bir ev əşyalarla yandı

Date: 13 January 2016 00:54

Ötən axşam  Bakıda ev yanıb. APA-nın məlumatına görə,  hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə Elxan Həsənov küçəsi 63 ünvanında yerləşən Hüseynov Firuza məxsus ev 80 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı Rayon Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda söndürülüb, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

 

Ev sahibi Firuz Hüseynovun APA-ya verdiyi məlumata görə, yanğın zamanı evdə heç kəs olmayıb: "Mən işdə idim. Qonşular zəng vurdu ki, eviniz yanır. Tez özümü çatdırdım. Mən gələnə kimi yanğınsöndürənlər alovu söndürmüşdülər. Evimizin 80 kv.m-i yanıb. Heç bir əşya çıxara bilməyiblər. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub".

 

Qeyd edək ki, yanğın zaman xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.









Tags:  ev əşyalarla yandı

RƏYLƏR


Top news