Prezidentin son iclasda verdiyi mesajlar (VİDEO)

Prezidentin son iclasda verdiyi mesajlar (VİDEO)
01:06 13 Yanvar 2016
86 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetində 2015-ci ilin iqtisadi-sosial yekunlarına həsr olunmuş iclas keçirildi. Və iclasa sədrlik edən ölkə başçısı devalvasiyadan sonra yaranmış vəziyyətdən çıxış yollarını axtardı və bununla bağlı zəruri göstərişlər verdi, istiqamətləri müəyyənləşdirdi.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydı Hüseynov və Tibb elimləri üzrə fəlsəfə doktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev (URUD) “Nəzər Nöqtəsi”ndə sualları cavablandırıb.

- Böhrandan çıxış yollarından biri kimi nağdsız ödənişlərin genişləndirilməsi barədə qərar qəbul edilmişdir. Lakin bu qərarın həyata keçirilməsi bir qədər çətin oldu. Çünki, yerlərdə bununla bağlı bəzi narazılıqlar yarandı. Nəticədə bu gün həmin qadağa ortadan qaldırıldı. İstər-istəməz belə bir sual yaranır. Görəsən bu çıxış yolların ümumiyyətlə həyata keçirilməsi göründüyü kimi o qədərdə sadə deyil. Və bu istiqamətdə daha hansı gözlənilməz çətinliklər ola bilər? Prezidentin çıxışının mətni ilə tanış olanda insanda ilk olaraq belə bir fikir yaranır ki, bu tezliklə həyata keçərdi, bütün çətinliklər arxada qalardı. Amma gördük ki, bu o qədər də sadə deyilmiş.

– Hər il cənab prezidentimiz ənənəvi olaraq ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısını keçirir. Qeyd edim ki, yola saldığımız 2015-ci il iqtisadi baxımından normal bir il olub. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir. Eyni zamanda neftin dünya bazarında qiyməti kəskin şəkildə aşağı düşüb. Bununlar yanaşı ölkə iqtisadiyyatının əsas makro iqtisadi göstəricisi olan ÜDM bir faiz artıb. Bunun özü müsbət tendensiya deməkdir. Qaldı nağd ödənişə,ümumiyyətlə inkişaf etmiş ölkələrdə bütün ödənişlər əsasən nağdsız həyata keçirilir.

– Aydın müəllim bunun üstünlüyünü bir kimsə danmır. Amma nəticədə məlum oldu ki, biz buna hazır deyildik.

– Sözsüz ki, burda təcrübəsizlik öz sözünü deyir. Buna zaman lazımdır. Qeyd etdiyiniz kimi bəzi məsələlər var ki, bunun zaman ehtiyac var. Ancaq bununla belə nəzri baxımında Azərbaycan ictimaiyyəti buna hazırdır. Bir çox iri ticarət müəssisələrimizdə nağd ödəniş həyata keçirlir. Son zamanlara spirtli içkilərin və tütün məhsullarının satışında bir narahatlıq vardı. Hər zaman olduğu kimi Azərbaycan ictimaiyyətində və vətəndaşlarında hər hansı bir narahatçılıq olarsa, cənab prezidentimiz öz mövqeyini ortaya qoyur və bu narahatçılıq aradan qaldırılır. Və nəticə etibari ilə bu narahatçılıq qaldırılıb.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR