Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda gənc naməlum şəraitdə bıçaqlandı

Bakıda gənc naməlum şəraitdə bıçaqlandı

Date: 13 January 2016 01:44

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın məlumatına görə, hadisə rayonun Bəhruz Nuriyev ev  12 ünvanında qeydə alınıb.  1989-cü il təvəllüdlü Şükürov Əfqan Elvin oğlu qarın nahiyəsinin bıçaq yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstəyə dərhal müdaxilə edilib və o, əməliyyata alınıb.  Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.

 

Hadisə barədə polis məlumatlandırılıb.  Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda polis 27 yaşlı gəncin kimlər tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.


Tags:  Bakıda gənc naməlum şəraitdə bıçaqlandı

RƏYLƏR


Top news