“Xəzər Lənkəran” qış toplantısı çərçivəsində heyətini gücləndirir.
ANS PRESS-in məlumatına görə, bu məqsədlə düşərgədə baxışda olan futbolçulardan ikisi komandada qalacaq.
Bunlar Orxan Səfiyaroğlu və Kamil Nurəhmədovdur. Hazırda baxışda olan digər futbolçular isə çox güman komandadan göndəriləcəklər.
Orxan Səfiyaroğlu
Qarşıdakı günlərdə toplantını Bakıda davam etdirəcək "Xəzər Lənkəran” düşərgəsinə baxışdan keçmək üçün daha bir neçə futbolçu dəvət olunacaq.
Kamil Nurəhmədov
FIFA-nı transfer qadağasına görə uzun müddət heyətinə oyunçu cəlb edə bilməyən “Xəzər Lənkəran”ın artıq bu problemi yoluna qoyulub. Yanvar ayının 8-də axşam saatlarında FIFA-dan “Xəzər Lənkəran”a daxil olan məktubda dünyanın ali futbol qurumunun transfer qadağasını dəyişdiyi qeyd olunub. Bu isə o deməkdi ki, “Xəzər Lənkəran” bundan sonra istədiyi futbolçunu transfer edə biləcək.