Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın ət zərərsizləşdirilib

Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın ət zərərsizləşdirilib
01:53 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Abşeron rayonunun Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın mənşəyi məlum olmayan ət zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində aşkarlanan cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qaldığı, keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəklərinin olduğu müəyyən edilib. Odur ki, yararsız məhsulların zərərsizləşdirilməsinə qərar verilib.
Bu qərara uyğun olaraq yanvarın 12-də həmin heyvan cəmdəkləri Sumqayıt Şəhər Məişət Tullantıları Poliqonunda basdırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guzdek_qesebesinde_askarlanan_4_tona_yaxin_et_zerersizlesdirilib-917952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR