Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran ABŞ-ın iki hərbi gəmisini saxladı

İran ABŞ-ın iki hərbi gəmisini saxladı

Date: 13 January 2016 02:04

İran ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki gəmi saxlayıb.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın “Assoşieyted Press” məlumat yayıb.

  

Məlumata görə,  gəmilərin heyətləri ilə əlaqə kəsilib. “Biz İranla təmas yaratdıq və onlar heyət üzvlərinin və gəmilərin tezliklə sərbəst  buraxılacaqlarını vəd etdilər”, deyə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.   

 

ABŞ dövlət katibi Con Kerri insidentin tezliklə həll olunması üçün İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb. Məlumata görə, Amerika tərəfi  gəmi  heyətlərinin dərhal  sərbəst  buraxılmasına nail olmağa çalışır.  


Tags:  İran ABŞ-ın iki hərbi gəmisini saxladı


RƏYLƏR


Top news