Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran ABŞ-a məxsus iki hərbi gəmi saxlayıb

İran ABŞ-a məxsus iki hərbi gəmi saxlayıb

Date: 13 January 2016 03:13

Bakı. Trend:

İran ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki gəmi saxlayıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, gəmilərin heyətləri ilə əlaqə kəsilib.

Pentaqonun mətbuat katibi Piter Kuk bildirib ki, İranla təmas yaradılıb və heyət üzvlərinin və gəmilərin tezliklə sərbəst buraxılacaqlarını vəd edilib.

Həmçinin məsələ ilə bağlı ABŞ dövlət katibi Con Kerri İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb.

İran XİN rəhbəri bidirib ki, ABŞ gəmiləri tezliklə yola davam etməyə icazə veriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İran ABŞ-a məxsus iki hərbi gəmi saxlayıb


RƏYLƏR


Top news