Kobra gəncin arvadı oldu (FOTO)

Kobra gəncin arvadı oldu (FOTO)
03:46 13 Yanvar 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda qeyri-adi toy keçirilib.

ANS PRESS-in məlumatına görə, yerli sakin ilanla evlənib.

Kəbin kəsmə mərasiminə 12 mindən çox qonaq dəvət edən 27 yaşlı Sandip Patelin arvadı kobra olub. Kobraya təklifi o keçmiş həyatda onun qız olduğunu və ona aşiq olduğuna görə edib. Gənc bu barədə ona daxili səsin gizlicə xəbər verdiyini bildirib. O həmçinin iddia edib ki, ilan keçmiş həyatında çox gözəl qız olub.



Qeyri-adi toya 12 mindən çox qonaq dəvət edilib.Təntənəli mərasim məbəddə keçirilib. Bəy mərasimdən sonra ilana çevriləcəyi barədə də açıqlama verib. Bu məqsədlə də toya şaman dəvət edib. Ancaq ən məsuliyyətli anda polis məclisi dağıdıb. Qanun-qayda keşikçiləri ictimai asayişin pozulması üçün bəy və onun atasını saxlayıb. Toyun qonaqlarına isə evlərinə getmək xahiş olunub.



Kişi polis bölməsindən çıxan kimi yarımçıq qalan işi tamamlamağa gedib. Sandip gəlinin yanına gedərək yerli adət üzrə kəbin kəsdirib. İnsanla ilan kəbin kəsməsi baş tutsa da bu pasportda möhürsüz qeydə alınıb. Patel xanımına pis və sevincli günlərdə ölüm onları ayırmayanadək birlikdə olmağa söz verib. Hazırda arvadı ərinin evində yaşayır. Qonşuların sözlərinə görə, təzə ailə həyatında onların işləri qaydasında gedir.


Hindistan xəritədə

Hindistanda bu artıq birinci hadisə deyil. 2006-cı ildə Orissa ştatında 30 yaşlı Bimbala Das və ilanın nikah mərasimi baş tutub. Qadın toya ən gözəl ipək sarisində gəlib, məbəd xadimləri isə bir saat ərzində müqəddəs mahnılar oxuyub. Bəy toya gəlmədiyi üçün onun əvəzinə mis heykəl qoyulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR