Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saxlanılan ABŞ gəmiləri tezliklə sərbəst buraxılacaq

Saxlanılan ABŞ gəmiləri tezliklə sərbəst buraxılacaq

Date: 13 January 2016 04:09

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerriyə saxlanılan ABŞ gəmilərinin tezliklə öz yoluna davam edəcəyini vəd edib. APA-nın verdiyi xəbərə görə, bunu “Röyters”ə adı çəkilməyən amerikalı məmurlardan biri deyib.  

 

Məlumata görə,  nasazlıq səbəbindən İranın ərazi sularına daxil olduğuna görə saxlanılan  gəmidə 10-dək amerikalı dənizçi var.  “Assoşieyted Press” bildirir ki, iki gəmi Bəhreyn və Küveyt arasında üzərkən onlarla əlaqə kəsilib.

 

İran tərəfi ABŞ-la əlaqə yaradaraq hər iki hərbi gəminin ekipajlarının təhlükəsizlikdə olduğu bildirib.   


Tags:  Saxlanılan ABŞ gəmiləri tezliklə sərbəst buraxılacaq

RƏYLƏR


Top news