Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ “Volkswagen”in planını qəbul etmədi

ABŞ “Volkswagen”in planını qəbul etmədi

Date: 13 January 2016 04:16

Amerika Birləşmiş Ştatları (ABŞ) höküməti “Volkswagen” şirkətinin düzgün işləməyən avadanlıqla təchiz olunmuş avtomobilləri geri çağırmaq planını rədd edib. ANS PRESS-in məlumatına görə, Kaliforniyanın Hava Resursları Şurasına görə, avtokonsern emissiya ilə bağlı ortaya çıxmış problem üçün problemin adekvat həlli yolunu təklif etmir və təklif olunan yollar məsələni kifayət qədər qısa zamanda həll etməyə imkan vermir.

Şuranın rəhbəri Mari Nikols “Volkswagen”in emissiya ilə bağlı texniki baxışlarda fırıldağa əl atıdığını, sonradan isə bunu ört-basdır etməyə çalışdığını bildirib. Nikolsa görə, avtokonsern günahını davamlı şəkildə inkar etdiyi bir vaxtda, “Volkswagen” avtomobilləri havaya normadan artıq istixana qazları buraxmaqla atmosferi minlərlə ton azot oksidi ilə çirkləndirib.

ABŞ-ın Federal Ətraf Mühitin Mühafizəsi Agentliyi də “Volkswagen”in 2 litrlik dizel mühərrikləri ilə bağlı planının yolverilməz olduğunu bəyan edib. Emissiya ilə bağlı nəticələri saxtalaşdıran avadanlıq və proqram təminatı “Volkswagen”in dünya üzrə satdığı 11 milyona yaxın maşına quraşdırılıb.

ABŞ-da belə avtomobillərin sayının 600 minə yaxın olduğu bildirilir. Qalmaqal almaniyalı avtokonsernin beynəlxalq imicinə ağır zərbə vurub, bir neçə ölkədə “Volkswagen”ə qarşı istintaqlar başlanılıb.

Bu ayın əvvəlində ABŞ federal hökumətinin avtomobil nəhəngini məhkəməyə verəcəyinə dair xəbərlər yayılmışdı.

Tags:  ABŞ Volkswagenin planını qəbul etmədi


RƏYLƏR


Top news