Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir

​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir

Date: 13 January 2016 04:22

Bakı. 13 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi karyerasını Kataloniya klubunda başa vurmağa hazırlaşdığını növbəti dəfə təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə AS nəşri yazıb.
"Mən bir daha təkrar edirəm: karyeramı evimdə - "Barselona"da başa vurmaq istəyirəm. Mənim planlarım? İstəyirəm ötən il olanları bütünlüklə təkrar edim", - deyə Messi bildirib.
28 yaşlı futbolçu 2004-cü ildən Kataloniya klubunun şərəfini qoruyur. Messi komandada 503 oyun keçirib və 430 qol vurub. O, 7 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya Kubokunun qalibi, 6 dəfə İspaniya Superkubokunun sahibi, 4 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə UEFA Superkubokunun sahibi, 3 dəfə Dünya Klub Çempionatının qalibi və 5 dəfə "Qızıl top"un sahibi olub.

Tags:  Messi karyerasının sonunadək Barselonada çıxış etmək niyyətindədir

RƏYLƏR


Top news