Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hizbullah" suriyalı qaçqınların ərzaqını oğurlayır

"Hizbullah" suriyalı qaçqınların ərzaqını oğurlayır

Date: 13 January 2016 04:46

Türkiyənin Livanda olan suriyalı qaçqınlara göndərdiyi humanitar yardım paketlərinin “Hizbullah” təşkilatı tərəfindən oğurlandığı iddia olunur. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oğurlanan ərzaq paketlərinin üzərindəki Türkiyə “Qırmızı Aypara” cəmiyyətinə aid etiketlərin qoparılaraq yerinə İran “Qırmızı Aypara” cəmiyyətinin loqosunun yapışdırıldığı bildirilir.

Sosial şəbəkələrdə bu iddiaları əks etdirən fotolar da yayılıb. “Hizbullah” təşkilatının suriyalı qaçqınlar üzərində, “Sizə sadəcə İran yardım edir.” fikri formalaşdırmağa çalışdığı qeyd edib.

Ötən həftə Suriya ilə Livan sərhəddindəki Mədaya qaçqın düşərgəsində məskumnlaşan suriyalı qaçqınların aclıqdan ölmə təhlükəsi ilə qarşı-qarşıya qaldıqları, it-pişik əti yedikləri xəb ərləri yayılmışdı.

Tags:  Hizbullah suriyalı qaçqınların ərzaqını oğurlayır


RƏYLƏR


Top news