Dünya nəhəngi kütləvi ixtisara başladı

Dünya nəhəngi kütləvi ixtisara başladı
05:11 13 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın neft nəhəngi “British Petroleum” (BP) şirkəti neftin kəskin ucuzlaşması fonunda 4 min işçini ixtisar etməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, ixtisar olunacaq 600 iş yeri Şimal Dənizində aparılan əməliyyatlara aiddir. Neft qiymətlərində 70 faizlik “kollaps” şirkətin gəlirlərini kəskin şəkildə azaldıb.

BP-nin Şimal Dənizi sektorundakı ixtisarları 2 il ərzində gerçəkləşdirəcəyi bildirilir. Əsasən neft kəşfiyyatı və qazma işlərinə cəlb olunan işçilərin BP ilə yollarını ayırmalı olacağı bildirilir. Şirkətin rəsmisi qeyd edib ki, BP neft bazarlarında baş verənlər fonunda strukturu sadaləşdirməyə və təhlükəsizlik ölçülərinə xələl gətirmədən şirkətin izafi xərclərini azaltmağa çalışır.

Planlaşdırılan ixtisarların BP-nin dünya üzrə ümumi insan resurslarının 5 faizini əhatə etdiyi bildirilir. Hazırda təkcə BP-nin Britaniya sektorunda 3 mindən çox insan çalışır.

Bu arada BP ilə yanaşı Braziliyanın Petrobras neft şirkəti isə gəlirlərin azalmasıyla əlaqədar investisiya planlarını “yığcamlaşdırmaq” qərarına gəlib. Şirkət qarşıda gələn 4 il ərzində (neft sektoruna) qoyulan sərmayəni 32 milyard dollara qədər azaldacağını elan edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR