“Bakı” elektrik stansiyasında 523,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

“Bakı” elektrik stansiyasında 523,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
05:13 13 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Bakı” elektrik stansiyasında (ES) 2015-ci ildə 523,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin dekabr ayında isə stansiyada 45,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin son üç ayında ES üzrə yenidənqurma işləri aparılıb. Aqreqatlarda texniki xidmət və generatorlarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Hazırda müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş 12 aqreqatdan ibarət, ümumi gücü 105 meqavat olan “Bakı” ES-də təmir-sazlama işləri davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_elektrik_stansiyasinda_5235_milyon_kilovat_saata_yaxin_elektrik_enerjisi_istehsal_edilib-917957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR