Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Neft və manatın qiymətində cüzi dirçəlmə

Neft və manatın qiymətində cüzi dirçəlmə

Date: 13 January 2016 05:51

Dünya bazarlarında neftin qiymətində cüzi bahalaşma olub.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin qiyməti bir neçə sent bahalaşaraq 30.86 dollar olub. Ötən gün səhər “Brent” nefti 30,67 dollara qədər ucuzlaşmışdı.

“Texas” markalı neftin qiyməti də bir qədər bahalaşıb. Belə ki, ötən gün səhər 30.62 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 30,72 dollara yüksəlib.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə 1.19 dollar ucuzlaşıb. Bir barelin qiyməti 32,81 dollar təşkil edib.

Qızılın qiymətində isə ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 34,89 dollardır. Ötən gün isə 35,25 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Yanvarın 12-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5685 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində də bahalaşma qeydə alınıb. Avro 1.7009 manatdan 1.7069-yə yüksəlib. Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0209-dan 0.0205 manata enib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 13.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.

Yanvarın 12-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5685 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manat dollar qarşısında 0,02% möhkəmlənib.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Tags:  Neft manatın qiymətində cüzi dirçəlmə


RƏYLƏR


Top news