Kim Çen Indan təhlükəli çağırış

Kim Çen Indan təhlükəli çağırış
10:08 13 Yanvar 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın lideri Kim Çen In ölkənin nüvə potensialını genişləndirməyə və gücləndirməyə çağırıb. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.  

“Kim Çen In istənilən an və istənilən yerdə KXDR-in suverenliyinə təhlükə yarandıqda ABŞ-ın rəhbərlik etdiyi imperialistlərə nüvə zərbəsi endirmək imkanına malik olan nüvə qüvvələrini gücləndirməyə çağırıb”, deyə Kim Çen In bildirib.

Şimali Koreya lideri çıxışı zamanı gələcəkdə daha güclü hidrogen bombasını sınaqdan keçirməyə çağırıb.

Qeyd edək ki, KXDR yanvarın 6-da hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edib. Buna cavab olaraq ABŞ Cənubi Koreyaya strateji silahlarını tədarük başlayıb. Pxenyan isə ərazisinə təhlükə yarandıqda nüvə silahından istifadə edəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR