İqtisadi möcüzənin sirri nədir?

İqtisadi möcüzənin sirri nədir?
07:22 13 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Son zamanlarda Sinqapur və digər "Asiya pələnglərinin" təcrübəsində apellyasiya müraciəti etmək yerli mətbuatda bir növ nəzakətli rəftar halını alıb. İqtisadi inkişaf üçün avtoritar rejimin "laissez faire" siyasəti ilə birlikdə xeyriyyəçiliyə dair irəli sürdüyü tezisi işıqlandırmaq üçün artıq Pinoçetə deyil, Li Kuan Yuya istinad etmək daha dəblidir. Bununla belə, Sinqapurun və Şərqi Asiyanın digər "inkişaf etmiş ölkələrinin" dayanıqlı yüksəlişini təmin etmiş iqtisadi siyasət jurnalistlərimizin diqqət mərkəzindən kənarda qalır.

Sinqapura bir növ neoliberal utopiya kimi baxılır: bu günahkar dünyada azad bazarın mükəmməl təcəssümü kimi. Buna baxmayaraq, bu mənzərə adı çəkilən ölkənin strategiyasını tam olaraq əks etdirmir. Bu strategiyanı anlamaq üçün Hayekə deyil, Şumpeterə müraciət etmək lazımdır. Avstriya mənşəli amerikalı iqtisadçısı Yozef Şumpeterin ideyaları Yaponiyanın müharibədən sonrakı dövrdə iqtisadi siyasətinə önəmli təsir göstərdi, o cümlədən regionda Yaponiyanın inkişaf modelini eynilə tətbiq etməyə çalışan qonşu ölkələrə də vasitəçilik etdi.

Nəzarət edilən möcüzə

Britaniya imperiyası daxilində muxtariyyət qazandıqdan dərhal sonra 1959-cu ilin may ayında Sinqapurda keçirilən seçkilərdə xalq hərəkatı partiyası qalib gəldi. Partiyanın ideri Li Kuan Yu qanunverici assambleyaya nəzarət etmək və birpartiyalı dövlət qurmaq imkanı qazandı. O zamanlar sənaye sektoru Sinqapurun ÜDM-nin 11 faizini təşkil edirdi. Müqayisə üçün: 35% ticarətdən əldə olunurdu, bu heç də təəccüblü deyil, çünki Britaniya imperiyasının ən böyük limanlarından biri məhz bu adada yerləşirdi. Həmin dövrdə Sinqapur idxal kvotalarına söykənən "müdafiə" sənaye siyasətini tətbiq edirdi.

1959-cu ildə hökumət yeni müəssisələri vergilərdən azad edərək Industrial Expansion Ordinance əmrini verir. 1961-ci ildə İqtisadi İnkişaf Agentliyi yaranır. Bu Agentliyin səlahiyyətinə potensial artım nöqtələri və bu sahədə qabaqcıl mütəxəssislərin müəyyən edilməsi daxil idi. Bu mütəxəssislər güzəştli vergi şərtləri, eləcə də vətəndaşların qazandıqları əmək haqlarının 40 faizini köçürməyə məcbur olduğu Central Providend Fund-un (faktiki olaraq təqaüd fondunun) vəsaitlərindən sərfəli kreditdən yararlanmaq imkanına malik idilər.

Nə qədər paradoksal səslənsə də, lakin Sinqapur hökuməti sərbəst rəqabətə arxalanmırdı. Çox güman, əksinə, maliyyə nazirliyinin səlahiyyətinə bu və ya digər sahədə fəaliyyət göstərən firmaların sayının məhdudlaşdırılması daxil idi. Bununla onlar Yaponiyanı təqib edirdilər.

Hələ 1920-ci illərdə Şumpeter belə bir sual ünvanlamışdı: əgər inhisar iqtisadi inkişafın qarşısını alırsa, nəyə görə o zamanların ən yüksək texnologiyalı və sürətlə inkişaf edən sahələri (məsələn, neft hasilatı və ya alüminium istehsalı) eyni zamanda ən çox inhisarlaşmış sahələrdir? Rəqabətə davamlı olan sahələrdə də (məsələn, İngiltərənin kömür sənayesində və ya Amerikanın kənd təsərrüfatında) istehsalatın sürətli inkişafı müşahidə olunmur.

Şumpeter belə nəticəyə gəldi ki, inkişaf edən sahələrdə müsbət əlaqələr qurulur: yeniliklərin təqdim olunması sənayenin müəssislərinə inhisar hakimiyyətini ələ keçirməyə imkan yaradırdı. Daha sonra isə bu hakimiyyətin nəticəsində onlar istehsalata yatırım etmək üçün üstəlik mənfəət qazanırdılar.

Bu mülahizələrdən irəli gələrək, yaponiyalı administratorlar (amerikalı müşavirlərə istinad etmədən fəaliyyət göstərməyə başladıqları zaman) inhisarlarla mübarizə aparmağı dayandırdılar. Onlar inhisarların fəaliyyətini inzibati yolla tənzimləmək üçün, çox güman, simbiotik əlaqələr qurmağa cəhd edirdilər. Sinqapur da məhz bu yolla getdi.

Rəqabətqabiliyyətli sənayenin əsasını qoyduqdan sonra ölkə idxal əvəzedicidən ixrac yönümlü iqtisadi siyasətə keçid alır. "Export Expansion Incentives Act" 1967-ci ildə eksportçular üçün korporativ vergi dərəcələrini aşağı saldı.

Zəruri əmək haqqı

Sinqapurun strategiyasının gözlənilməz bəndindən biri də ölkənin köhnəlmiş sənayedən (növbəti inkişaf mərhələsi üçün) təmizlənməsi idi. Ölkə əmək bölgüsünün hər bir növbəti mərhələsinə yüksəldikcə, bu proses təkrarlanırdı. 1960-cı illərdə hökumət ölkədə yüksək əmək qabiliyyətinə malik müəssisələrin yaradılmasını təşviq edirdi (yüngül sənaye, gəmi təmiri emalatxanaları və s.). Lakin 70-ci illərin əvvəlindən etibarən işsizlik problemi həll olunduqdan sonra bu müəssisələri iqtisadi üsullarla aradan çıxarmağa başladılar.

Bəzən iddia olunur ki, Sinqapurda qanuni yolla müəyyən edilmiş minimum əmək haqqı norması yoxdur. Bu, formal olaraq doğrudur, əslində isə istehzalı bir tezisdir, çünki ölkədə bu məsələ ilə bağlı "Progressive Wage Plan" tövsiyyələr sistemi mövcuddur. Bu plan vəzifədən, təhsildən, əmək stajından və s. asılı olaraq bütün sahələrdə əmək haqqının səviyyəsini müəyyən edir. Dövlət kapitalizminin şərtləri altında bu tövsiyələr faktiki olaraq zəruridir, bununla belə tövsiyə olunmuş əmək haqqınının səviyyəsinin müntəzəm olaraq artması aşağı əlavə dəyər vergili müəssisələrin ölkədən qovulması ilə nəticələnirdi.

Həqiqətən də, yeni sənayenin, əsasən neft kimyası və elektronikanın yaranmasında Sinqapur sərbəst bazara arxalanmırdı. İqtisadi inkişaf agentliyi (Economic Development Board) tədris mərkəzlərinin şəbəkəsini yaratdı. Bu mərkəzlər dövlət hesabına yeni sahələr üçün yüksək kvalifikasiyalı mütəxəssisləri yetişdirirdi. Yeni təsis edilmiş yüksək texnologiyalı müəssisələr müəyyən müddət ərzində vergilərdən azad olunurdu.

Nəticədə, yeni təsis edilmiş müəssisələrin 1991-ci ildə ixrac etdiyi sənaye məhsulları 74% təşkil edirdi (əsasən, kimya və neft kimyası, elektronika, sənaye avadanlıqlarının istehsalı). Bu nəticə, şübhəsiz, qərb texnologiyalarının alınması və müəllif hüquqlarının pozulması vasitəsilə əldə olunub. Düzdür, bunu oğurluq adlandırmaq olmaz, çünki sənaye sıçrayışı zamanı intellektual mülkiyyətin qorunmasına dair qanunlar mövcud deyildi. İlk belə qanun beynəlxalq sanksiyaların təhdidi altında yalnız 1986-cı ildə qəbul olunmuşdu.

Reyqanomika və neoliberalizm dövrü Sinqapur modelinə öz təsirini göstərdi, lakin bu təsir əsasən kosmetik oldu. Hazırda belə, dövlətin bu ölkənin iqtisadiyyatına nəzarətini çətin ki, dövlət müəssisələrinin ümumi (təxminən 20%) payı ilə dəyərləndirmək olar. Dövlət bir neçə holdinqlərə nəzarət edir, onlardan ən iriləri "Temasek Holding", "Ministry of National Defense Holding", "Shengli Holdings"dir. Nisbətən kiçik müəssisələrə nəzarət və maneə paketləri məhz bu holdinglərə məxsusdur. Məsələn, bank (misal üçün, DBS Bankı), hava yolları, o cümlədən məşhur Singapore Airlines, SingTel, PSA International, MediaCorp, CapitaLand, Singapore Power, City Gas və s. şirkətlərin səhmlərinin nəzarət paketləri Temasekə məxsusdur. Beləliklə, Sinqapur hökuməti konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edir.

Çox güman, Sinqapur möcüzəsinin standart nümunələri tətbiq olunmuş siyasət çərçivəsində şəhər və dövlətdə zəif inkişaf etmiş sosial təminatı da vurğulayır. Lakin məsələn, işsizlik müavinətinin olmaması bir çox dövlət sosial dəstək proqramları ilə müvazinətləşdirilir. Söhbət maliyyə yardımından gedir, yəni həm birdəfəlik ödəmələr, həm də sistemli şəkildə ehtiyacı olan şəxslərə maddi yardımın göstərilməsi: mənzil kirayəsi, kommunal xidmətlərin ödənişi, tibbi və uşaq bağçalarına çəkilən xərclər.

Sinqapurun iqtisadi möcüzəsindən hansı dərsləri götürə bilərik?

Birincisi, dayanıqlı iqtisadi inkişafın əsası yalnız emaledici sənaye ola bilər. Bu nəzəri xülasə deyil, təcrübəyə əsaslanan bir faktdır.

Sinqapur, İsveçrə və ya Tayvan kimi müvəfəqqiyyətli maliyyə mərkəzləri keçmişdə qüdrətli sənaye ölkələri olub və hazırda da bu statusu qoruyub saxlayırlar. Bu tabeliyi fərqli cəhətlərdən izah etmək olar. Məsələn, Arriqi iqtisadiyyatın dövri inkişaf nəzəriyyəsinin təklifini irəli sürdü. Bu nəzəriyyəyə əsasən, maliyyə kapitalizmi sənaye kapitalizminin inkişaf etmiş mərhələsini təmsil edir: sənaye gəlirləri sənayeyə yenidən effektiv şəkildə investisiya olunmur və pulla ticarətə yönləndirilir.

Bu təfsilatı qəbul etsək də, etməsək də, şübhəsiz, sənaye inqilabından sonra əkinçilik və xidmət sektorunun inkişaf etdirilməsi hesabına yoxsulluqdan zənginliyə qalxmayan bir ölkə qalmadı. Böyük Britaniya xidmətlərin ixracına müəyyən dərəcədə əsaslanan iqtisadiyyata malik olan yeganə müasir qüdrətli dövlətdir. Keçmişdə isə o, "dünyanın emalatxanası" adlandırılırdı.

İkincisi, "iqtisadi möcüzənin" baş verdiyi bütün ölkələrdə dövlət nəinki milli sənayenin qurulmasına cəhd edirdi, hətta bu sənayenin ixraca yönləndirilməsi uğrunda səylər göstərirdi.

İdxal əvəzedici sənayeləşdirmə strategiyası dünya bazarına çıxış üçün ilk addım olaraq nəzərdə tutulurdu, özü-özlüyündə isə bu bir təkamül idi. Bu mərhələdə dayanan heç bir müvəffəqiyyətli sənayeləşdirmə nümunəsi yoxdur.

Böyük Britaniyanın birinci baş naziri Robert Uolpol 18-ci əsrin əvvəlində bildirirdi ki, dövlət idarəetməsinin əsas məğzi ölkəyə xammal idxal etmək və hazır mal ixrac etməkdir.

Nəhayət, Sinqapurun iqtisadi möcüzəsinin üçüncü komponenti iqtisadi artımdan daxil olan gəlirlərin bölüşdürülməsi üzrə dövlət siyasəti idi.

Bu ölkədə gəlirlər "yuxarıdakılardan" "aşağıdakılara" ötürülmürdü, birbaşa olaraq sistemli şəkildə qalxan əmək haqlarının miqdarları tənzimlənirdi. Məhz bu siyasətin sayəsində dövlət inkişafa dəstəyini davam etdirirdi. Seçicilər mücərrəd iqtisadi artıma deyil, şəxsi gəlirlərinə səs verirdi. Sinqapur "inkişafın diktaturası" adlandırılan zaman, onun keçmişdə plebissist diktatura olduğu unudulur.

Əgər sənayeləşdirilmə fikri yerli konservativ iqtisadçılar və müəssisələrin bəzi nümayəndələri arasında özünə tərəfdar tapa bilirsə, deməli, dövlətin başlayan artımdan daxil olan gəlirlərini daha dəqiq bölüşdürməsi hazırda ikinci dərəcəli əhəmiyyətə malikdir.

Yerli sənaye sektorunun carçılarının öz xalqının vətənpərvərlik ruhunu və onun hansısa qeyri-müəyyən vədlərə görə gələcəkdə öz paylarını əldə etmək üçün maddi gəlirlərindən keçmək istəklərini həddindən artıq qiymətləndirəcəklərinə dair əndişələr yaranır.

Bu halda anlaşılmayan bir məqam var: nəzərdə tutulmuş siyasi dəstək kursunun təmin olunmasının planlaşdırılma üsulu məlum deyil. Nüfuzlu maraqların sənaye ixracından deyil, xammal ixracından asılı olan bir ölkədə səfərbərlik ssenarisi reallığı bir o qədər əks etdirmir.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR