Roberto Karlosa "Real" təklif

Roberto Karlosa "Real" təklif
07:31 13 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Sonuncu dəfə Hindistanın "Dehli Dinamo" klubunu çalışdıran Roberto Karlos "Real"dan təklif alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyədə də çalışmış braziliyalı özü xəbər verib.

İspaniya mətbuatına danışan Karlos "Real"dan təklif aldığını təsdiqləyib: "Real"da işləmək mənim üçün şərəfdi. Klubdakı gələcəyimlə bağlı bir görüş keçirdik. Cümə günü bir çox məsələ dəqiqləşəcək".


Zidan və Karlos

Karlos "Real"da idman direktoru olmayacağını bildirib: "İdman direktoru olmaq bir az çətindi. Mənim istədiyim Zidandan bəzi şeyləri öyrənmək və məşqlərdə ona yardımçı olmaqdır".

Qeyd edək ki, Roberto Karlos 1996-2007-ci illərdə "Real"da çıxış edib. O, 2001-2006-cı illərdə "Real"ın hazırkı baş məşqçisi Zinəddin Zidanla birlikdə oynayıb.


David Bettoni və Zidan

"Real"a yeni təyinat alan Zidan artıq köməkçilərindən birini yaxın dostunu təyin edib. Yeni klubunda Zidana David Bettoni köməklik edəcək."Real"ın prezidenti Florentina Perez Zidana istədiyi şəxsi komandaya gətirə biləcəyini bildirib. Zidan da uzun müddətdir yaxın dostu olan və "Kastilya"da birgə çalışdığı Bettonini köməkçisi təyin edib. Zidanın digər köməkçisinin klub rəhbərliyi tərəfindən müəyyənləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, İspaniya La liqasında uğursuz günlər keçirən "Real"da Rafael Benitezin vəzifəsinə ötən gün xitam verilib. Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb. Mətbuat konfransında prezident Florentino Perez Zinəddin Zidanı komandanın yeni baş məşqçisi olduğunu açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR