“Expressbank” müştərilərə “Mücrü” əmanətini təqdim edib

“Expressbank” müştərilərə “Mücrü” əmanətini təqdim edib
07:48 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Expressbank” müştərilərə “Mücrü” əmanətini təqdim edib. 

Bankdan AZƏRTAC-a bildirilib ki, “Mücrü” əmanəti 1, 2, 3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır. Bu əmanət üzrə illik maksimal faiz 13,5 faiz təşkil edir.

Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur. Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini filiallarda, bankın korporativ saytında, həmçinin ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər. 

Bundan başqa, “Mücrü” əmanətçiləri əmanətin 80 faizədək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4 faiz əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən edilir.

Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi Facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Expressbank_musterilere_Mucru_emanetini_teqdim_edib-917960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR