Səlyanda bərbərxana, Saatlıda ev yandı

Səlyanda bərbərxana, Saatlıda ev yandı
10:51 13 Yanvar 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Səlyan və Saatlıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Səlyan şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxanada baş verib. Nəticədə bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanın. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.  

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd  televizor və 1 ədəd DVD yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR