Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qısqanc ər arvadını yandırdı - VİDEO - FOTO

Qısqanc ər arvadını yandırdı - VİDEO - FOTO

Date: 13 January 2016 08:17

Rusiyanın paytaxtı Moskvada dəhşətli ailə faciəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, kişi keçmiş həyat yoldaşını yandırıb.

Hələ ki, bilinməyən səbəblərdən ər keçmiş arvadının üstünə benzin tökərək ona od vurub. Həkimlər hazırda qadının həyatını xilas etməyə çalışırlar. Paytaxt polisi isə cinayəti törədən kişini axtarır. Olay Moskvanın Butova rayonu ərazisində yaşayış binasının qarşısında baş verib.

Zərər çəkmişin qonşuları polisə, 36 yaşlı Elvira K. rəfiqəsiylə birlikdə evə qayıtdığı zaman ona blokda sabiq əri tərəfdən hücum olunduğunu bildirib. Qonşular həmçinin hadisənin qısqanclıq zəminində baş verdiyini ehtimal edir. Alov bürüyən qadına ilk olaraq qonşu və yaxınlıqda olan taksi sürücüləri köməyə gəlib. Onların birgə səyləri nəticəsində alovu söndürmək mümkün olub. Müxtəlif dərəcəli ağır yanıqlar alan zərər çəkmiş xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Anoloji hadisə keçən il mart ayında Rusiyanın Volqoqrad vilayətində baş verib. Toy gecəsi öz həyat yoldaşını yandıran 31 yaşlı İvan Kuzmini 13 il azadlıqdan məhrum edilib. Məhkəmədə İvan özünü günahkar hesab etməyərək gənc həyat yoldaşını qorxutmaq istədiyini bildirib.

İvan Kuzmin qısqanclıq zəminində spirt ilə gənc həyat yoldaşını yandırıb. Buna səbəb Veronika Filippovanın ərinə toy gecəsi sevgilisi ilə onu aldatdığını etiraf etməsi olub. Qadın bədəninin 80 faiz yanıb və xəstəxanaya çatdırılıb. Bir neçə saat həkimlər onun həyatı üçün mübarizə aparsa da onu xilas etmək mümkün olmayıb.
Milli.Az


Tags:  Qısqanc ər arvadını yandırdı VİDEO FOTO


RƏYLƏR


Top news