Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabri "Qalatasaray"dan gedir

Sabri "Qalatasaray"dan gedir

Date: 13 January 2016 09:01

Uzun müddətdir "Qalatasaray"ın şərəfini qoruyan Sabri Sarıoğlu klubdan ayrıla bilər.

ANS PRESS-in məlumatına görə, Mustafa Dənizlinin gəlişinindən sonra meydanda az-az görünən Sabri "Bursaspor"la razılığa gəlib.

Bu barədə Türkiyə mətbuatı xəbər verib. Norveçli Martin Linnesin transferi isə Sabrinin "Qalatasaray"da 13 illik karyerasının sonu deməkdir. Keçmiş baş məşqçisi Hamza Hamzaoğlu Sabrini öz yanında görmək istəyir. "Qalatasaray" rəhbərliyinin razılığıdan sonra Sabri "Bursaspor"un düşərgəsinə yollanacaq. Transferin yaxın günlərdə reallaşacağı gözlənilir.


Sabrinin həyat yoldaşına hədiyyəsi

Oynadığı oyundan çox şəxsi həyatı ilə gündəmə gələn Sabri Sarıoğlu keçən ilin sonlarında həyat yoldaşına qeyri-adi hədiyyə verməsi ilə yadda qalmışdı. Sabri sürətə olan sevgisi ilə tanınan arvadına "Kawasaki Ninja 300" model motosiklet bağışlamışdı. Artıq Yağmur Sarıoğlu motosikleti ilə gəzintilərə də başlayıb. O, hətta sınaq yürüşünün fotolarını "İnstagram" səhifəsində paylaşıb. Motosikletin dəyəri 20 min türk lirəsıdır. O, fotonu ""Ninja 300"lə davam. Çox şişirtmək istəmirəm", deyə şərh edib.
Sabri bir müddət öncə həyat yoldaşı Yağmura 2,5 milyon lirəlıy "Lamborghini Aventador" markalı maşın bağışlamışdı.

Tags:  Sabri Qalatasaraydan gedir

RƏYLƏR


Top news