Salyanda bərbərxana, Saatlıda ev yandı

Salyanda bərbərxana, Saatlıda ev yandı
09:17 13 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Salyan və Saatlıda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az bildirir ki, lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxanada baş verib. Nəticədə bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.  
 
Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3-otaqlı evin 1 otağında 1 ədəd  televizor və 1 ədəd DVD yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR