Bu gün Bakının dörd rayonunda, habelə Abşeron rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Milli.Az bildirir ki, bu barədə Report-a "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 315 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yanvarın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi, Xətai, Nərimanov, Xəzər və Abşeron rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Milli.Az