Meyidi Türkmənistan sahillərində tapılan neftçi bu gün Tovuzda dəfn ediləcək

Meyidi Türkmənistan sahillərində tapılan neftçi bu gün Tovuzda dəfn ediləcək
09:23 13 Yanvar 2016
66 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 11-də meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş Qasımov Mübariz Dilqəm oğlu bu gün Tovuz rayonunun Aşağı Mülkülü kəndində dəfn ediləcək.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərhumun cəsədi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən görülmüş birgə tədbirlər nəticəsində dünən ''BE-200ÇS'' amfibiya tipli təyyarə vasitəsi ilə respublikaya gətirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR