Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəbhə xəttində gərginlik artıb, Azərbaycan ordusu düşmənin mövqelərinə 126 dəfə atəş zərbəsi endirib

Cəbhə xəttində gərginlik artıb, Azərbaycan ordusu düşmənin mövqelərinə 126 dəfə atəş zərbəsi endirib

İsrail "Hizbullah"ın mövqelərinə hava zərbələri endirdi (20 Mart 2017 10:43)
İsrail "Hizbullah"ın mövqelərinə hava zərbələri endirdi (20 Mart 2017 10:22)
Piter Semnebi cəbhədə baş verən son hadisələrdən DANIŞDI (16 Mart 2017 18:08)

Tarix: 13 Yanvar 2016 09:28

Bakı. 13 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

Teqlər:  Cəbhə xəttində gərginlik artıb Azərbaycan ordusu düşmənin mövqelərinə 126 dəfə atəş zərbəsi endirib



RƏYLƏR


Top xəbərlər