Şərqdə nüvə oyunları

Şərqdə nüvə oyunları
09:42 13 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın lideri  Kim Çen In ölkənin nüvə potensialını genişləndirməyə və gücləndirməyə çağırıb.

Milli.Az bildirir ki, bu barədə APA "RİA Novosti"yə istinadən xəbər verir.  

Kim Çen In istənilən an və istənilən yerdə KXDR-in suverenliyinə təhlükə yarandıqda ABŞ-ın rəhbərlik etdiyi imperialistlərə nüvə zərbəsi endirmək imkanına  malik olan nüvə qüvvələrini gücləndirməyə çağırıb.

Şimali Koreya lideri çıxışı zamanı gələcəkdə daha güclü hidrogen bombasını sınaqdan keçirəcəklərini bildirib.
 
Qeyd edək ki, KXDR yanvarın 6-da  hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edib. Buna cavab olaraq ABŞ Cənubi Koreyaya strateji silahların tədarükünə başlayıb. Pxenyan isə ərazisinə təhlükə yarandıqda nüvə silahından istifadə edəcəyini bildirib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR