Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​Pakistanda baş verən partlayışda 15 nəfər ölüb

​Pakistanda baş verən partlayışda 15 nəfər ölüb

Date: 13 January 2016 09:42

Bakı.13 yanvar. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 15 nəfər həlak olub. 
"Report" xəbər verir ki, bu haqda yerli "Samaa TV" telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış Poliomielitdən Müalicə Mərkəzinin yaxınlığında, əhali vaksinasiya olunan zaman baş verib.
Ölənlərin 12-si polis əməkdaşıdır. Azı 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında mərkəzin əməkdaşları da var. 
Partlayışın baş vermə səbəbi məlum deyil. 

Tags:  Pakistanda baş verən partlayışda 15 nəfər ölüb

RƏYLƏR


Top news