Bakı.13 yanvar. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində yerləşən xarici konsulluqların binası yaxınlığında partlayış baş verib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, partlayış Hindistan, Pakistan və İran nümayəndəliklərinin binası yaxınlığında baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.