Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda yağan güclü yağış evləri su altında qoydu

İstanbulda yağan güclü yağış evləri su altında qoydu

Date: 13 January 2016 09:53

Bakı. Orxan Quluzadə - Trend:

Dünən axşam saatlarından yağan güclü yağış İstanbulda bəzi birmərtəbəli evlərin və iş yerlərinin su altında qalması ilə nəticələnib. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Yağış bəzi tunellərdə nəqliyyat problemi yaradıb. Bəzi körpülərin altında və tunellərdə suyun səviyyəsi bir metrə çatıb.

Hazırda yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İstanbulda yağan güclü yağış evləri su altında qoydu

RƏYLƏR


Top news