“Kəpəz”in yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib

“Kəpəz”in yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib
09:53 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki rəqibi məlum olub.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Gəncə təmsilçisi ilk yoldaşlıq matçını yanvarın 13-də keçirəcək. Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi elə “dubl” olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.
“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib.
Qeyd edək ki, bundan əvvəl Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kepezin_yoxlama_oyunlarindaki_reqibleri_mueyyenlesib-917965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR