Dünya futbolunun əfsanəsi boşanır - FOTO

Dünya futbolunun əfsanəsi boşanır - FOTO
09:57 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünya futbolunun canlı əfsanələrindən biri, Britaniya futbol tarixində ən məhsuldar oyunçular sırasında 3-cü yeri tutan Qari Lineker nikahına son qoyur.

55 yaşlı Lineker 6 illik ailə həyatından sonra 36 yaşlı arvadı, aktrisa Danieladan boşanır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 2009-cu ilin sentyabrın 2-də  İtaliyada dəbdəbəli toyla izdivac quran Q.Lineker və Danielanın yaydıqları açıqlamada "onların birgə yaşamlarının artıq mümkün olmadığı, lakin boşanmadan sonra dost qalacaqları" deyilir.

Boşanma bu gün rəsmiləşəcək. Vəkillər bu proseduru cəmi 400 funt-sterlinqə başa vuracaqlar.

Ailənin dostlarının dediklərinə görə, Qari və Deniela ötən ilin əvvəlindən bəri ayrı yaşayırlar.

Qızlıq soyadı Baks olan Daniela Linekerin ilk əri, "Koventri" klubunun sabiq oyunçusu Adam Uillislə nikahından Ella adlı 14 yaşlı qızı var.

Qari Lineker 1986-cı ildə Mişel Kokeynlə evlənib, 2006-cı ilin avqustunda ondan ayrılıb. Bu nikahda futbolçunun 4 oğlu - Corc, Harri, Tobias və Anqus - doğulublar.

Qari Lineker futbolçu karyerası ərzində "Lester", "Everton", "Barselona", "Tottenhem", "Naqoya" klublarında oynayıb.

İngiltərə yığmasının heyətində 48, dünya çempionatlarında 10 qol vurub. "Lester", Tottenhem" və "Everton" klublarında oynayarkən 3 dəfə İngiltərə premyer-liqasının ən yaxşı oyunçusu seçilib.

O, 600 matçda oynayan, amma bir dəfə də nə sarı, nə də qırmızı vərəqə ilə cəzalanmamış futbolçu kimi tarixə düşüb.

Q.Lineker hazırda BBC-dəki "Match of the Day" proqramının əməkdaşıdır.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR