Türkiyədə Yeni il tətilləri 1 gün uzadılıb.
ANS PRESS-in məlumatına görə, bununla da yanvarın 2-si də dövlət sektorunda işləyənlər üçün tətil sayılacaq.
Bununla da Türkiyə məmurları dörd gün evdə qala biləcəklər. Çünki yanvarın 2-si cümə günüdür. Yanvarın 3-ü və 4-ü isə şənbə və bazar olduğu üçün rəsmi tətil günləridir.
Türkiyə hökumətinin bundan əvvəl verdiyi əmrə görə isə yalnız yanvarın 1-i tətil günü sayılırdı.