Məlahət Abbasova Röya ilə qalmaqalından danışdı: "Sonuncu dəfə..." - FOTO

Məlahət Abbasova Röya ilə qalmaqalından danışdı: "Sonuncu dəfə..." - FOTO
10:05 13 Yanvar 2016
172 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sonuncu dəfə Röya ilə bağlı danışıb. Aktrisa Milli.Az-ın əməkdaşı ilə söhbətində mətbuatda yayılan xəbərləri bu cür şərh edib.

"Mən bu mövzu haqqında sonuncu dəfə danışıram. Bundan sonra xahiş edirəm, mənə bu barədə sual verməyin. Onun mənə qarşı olan bu münasibətini cavanlığına buraxıram. Böyüklük qoy yenə də məndə qalsın. Mən Azərbaycana istirahət etməyə, dostlarımla görüşə gəlmişəm. Özünüz də görürsünüz ki, Bakıya gələr-gəlməz bütün sevdiklərimlə, yaxın dostlarımla görüşürəm. Bu mövzu artıq mənim üçün bitmişdir. İnşallah, sabah Türkiyəyə gedirəm və orada yeni bir serialın çəkilişinə, teatrda isə yeni tamaşanın məşqinə başlayıram. Mən işlərimlə tamaşaçıları sevindirmək istəyirəm və bunun üçün daima çalışıram", - deyə aktrisa bildirib.

Xatırladaq ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Röya isə əvəzində ona "Top kimi" verilişində cavab vermişdi.

Əli Rəhimoğlu

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR