Röya yenə aktrisaya söz atdı: "Qızı yaşdayam..."

Röya yenə aktrisaya söz atdı: "Qızı yaşdayam..."
10:23 13 Yanvar 2016
160 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan yenə də aktrisa Məlahət Abbasovaya söz atıb.

Axşam.az-ın məlumatına görə, müğənni Məlahət Abbasovanı “unudulmuş aktrisa” adlandırıb:

“Deyirəm gör necə əsərlər oxuduq... Neçə insanı sevindirdik... Bir tamaşa oynayıb, sonra da Azərbaycanı bəyənməyib tərk edən birinin məsləhətinə qaldıq. Qızı yaşdayam, bacı dedi. Sonra da unudulanların yadına düşdü. Mən bizə yol açanı, bir stəkan çay süfrəsinə dəvət edəni görmədim. Mən ayağı boyda qız, onun həyatı boyda iş gördüm. Sonda da özünü təzədən Azərbaycana mənlə sevdirdi. Ay Röya sənlə fəxr edirəm, unudulanları yenidən yaşadırsan. Halal olsun mənə. Bir ay keçməz yeni əsərlə ağladıb-güldürərəm sizi. Amma onu birdə çətin xatırladım”.

Xatırladaq ki, M.Abbasova Röya Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR