Göyçayın 22 orta məktəbində müasir istilik sistemi quraşdırılıb

Göyçayın 22 orta məktəbində müasir istilik sistemi quraşdırılıb
10:18 13 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 13 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda müasir istilik sistemi ilə təchiz olunan orta məktəblərin sayı artıb, bütün təhsil ocaqlarının qızdırılması təmin edilib.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda Göyçayda 57 orta məktəb fəaliyyət göstərir. Onlardan 40-ı tam orta, 13-ü ümumi orta və 4-ü ibtidai məktəbdir. Hər il Göyçayda yeni inşa edilən və ya əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemləri quraşdırılır. Bu günədək rayonun 19 orta məktəbində müasir qazanxana inşa edilib, yeni istilik sistemi ilə təchiz olunub. Qış mövsümü ərəfəsində həmin məktəblərin qazanxanalarında cari təmir işləri görülüb. Bundan əlavə, 3 məktəbin dizel yanacağı və elektrik enerjisi ilə qızdırılması üçün istilik sistemi quraşdırılıb. Həmçinin istilik sistemi quraşdırılmayan 35 məktəbdə isə odun sobalarından istifadə olunur.
Rayon təhsil şöbəsinin daxili imkanları hesabına həmin məktəblərə yeni odun sobaları və tüstü boruları, 1000 kubmetr odun alınaraq paylanılıb. Hazırda rayonun orta ümumtəhsil məktəblərində istilik sarıdan heç bir problem yoxdur. Bu da şagirdlərin dərsə davamiyyətinə müsbət təsirini göstərir. Eyni zamanda, bütün məktəblərdə qapı və pəncərələr, binaların dam örtükləri təmir edilib.
Rayonun orta ümumtəhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə profilaktik tədbirlər də görülüb. Məktəblərdə olan su hovuzları qaydaya salınıb, təhsil müəssisələri yanğına qarşı avadanlıqlarla təmin olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayin_22_orta_mektebinde_muasir_istilik_sistemi_qurasdirilib-917970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR