Mübariz Əhmədoğlu: Kreml Mehri dəmiryoluna münasibətini dəyişdi

Mübariz Əhmədoğlu: Kreml Mehri dəmiryoluna münasibətini dəyişdi
10:28 13 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

RF Nəqliyyat naziri, RF-Ermənistan hökumətlərarası komissiyanın həmsədri M.Sokolov Ermənistana səfər etdi. Səfər zamanı hökumətlərarası komissiyanın iclasına dair heç bir məlumat yoxdur. Yalnız M.Sokolovun baş nazir O.Abramyanla görüşü barədə məlumat var.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, bu məlumatda vurğu Rusiya ilə Ermənistan arasında kommunikasiya əlaqələrinin üzərindədir: "Rəsmi Yerevan tərəfi M.Sokolovun Ermənistana səfərini Rusiyanın Ermənistan-İran dəmiryoluna dəstək səfəri kimi təqdim etməyə çalışır. Lakin yayılan məlumatdan anlaşılır ki, M.Sokolov Ermənistanın Baş naziri O.Abramyanla görüşdə Rusiya ilə Ermənistan arasında kommunikasiya əlaqələri üçün əlavə imkanlar axtarıblar. Rusiya ilə Ermənistan arasında əlaqələrə Ermənistanın yanaşması belədir: Ermənistan-İran dəmiryolu tikilməklə Rusiya İran bazarına dəmiryolu vasitəsilə çıxa bilər. Bu Rusiya üçün əlavə gəlir mənbəyi ola bilər".

M.Əhmədoğlu deyib ki, bunun üçün Rusiya gürcü-abxaz dəmiryolunu işə salmalıdır: "Bu vaxtadək RF Ermənistanın bu variantının əleyhinə getmirdi. Çünki Rusiya rəsmilərinin bir qismi ermənilərin maliyyə və ya digər korporativ təsirini faktor kimi qəbul ediblər. Amma indi vəziyyət dəyişib. Gürcüstanın Aİ ilə imzaladığı Assosiativ müqavilə qüvvəyə minir. Aİ-nin Rusiya ilə əməkdaşlıq etməsi mümkünsüzdür. Aİ hətta Rusiyaya xəbərdarlıq etmədən üçtərəfli Aİ-Ukrayna-Rusiya formatını ikitərəfli Aİ-Ukrayna formatına çevirdi. Bununla da Aİ Rusiya ilə birlikdə gömrük qaydalarına, fitosanitar nəzarətə, tranzit daşımalarına neqativ münasibətini ortalığa qoydu. Gürcüstan ərazisində də Aİ Rusiyaya qarşı bu münasibəti nümayiş etdirəcəkdir. Aİ-nin Ukraynadakı mövqeyinə verdiyi kəskin reaksiyanı Rusiya Gürcüstanla da təkrarlaya bilər. Bir sözlə, Rusiya Gürcüstan ərazisi vasitəsilə Ermənistanla yükdaşılamarına getməyəcək".

Mərkəz rəhbəri qeyd edib ki, ermənilər Rusiyada belə arzu yarada bilsələr də, Aİ-ni razı sala bilməyəcəklər: "Həm də nəzərə alınmalıdır ki, ilin təxminən yarısı iqlim şəraitinə görə Rusiya ilə Ermənistan arasında Gürcüstan vasitəsilə yükdaşımalara maneçilik törədir. Belə olan halda Rusiya Nəqliyyat nazirinin Ermənistanla əlaqələr üçün başqa imkanlar axtarması zərurətdir. Ermənistan əgər doğrudan da Rusiyaya bağlanmaq istəyirsə, Rusiyanın bu təklifini qəbul etməlidir. Ermənistan əgər Rusiyanın Cənubi Qafqazdan çıxarılmaq siyasətinin tərkib hissəsidirsə, yeni reallıqları nəzərə almaqdan, əvvəlki qaydada siyasətini davam etdirəcəkdir".

Politoloq hesab edir ki, Rusiya üçün ən əlverişli variant həm gürcü-abxaz, həm də Mehri dəmiryollarının işləməsidir: "Gürcü-abxaz dəmiryolunun işləməsi üçün ən azı 4 maneə var:

ı. Gürcüstanla Abxaziya arasındaki siyasi münasibətlər.
ıı. Ermənistan AİB-nin, Gürcüstan isə Aİ-nin tərkib hissəsidir. Tamam fərqli qaydalar, fərqli proseduralardır, geosiyasi maneədir.
ııı.Gürcü-abxaz dəmiryolu birxətlidir.
ıv. Gürcü-abxaz dəmiryolu keçən ərazilərin yeraltı süxurları möhkəm deyil. Başqa sözlə, gürcü-abxaz dəmiryolu ilə ağır çəkili vaqonlar hərəkət edə bilməz. Mehri dəmiryolunun işə düşməsi Rusiya ilə Ermənistan arasındakı əlaqələri bütün siyasi, geosiyasi, təbii-coğrafi və texniki maneələrdən azad edir".

M.Əhmədoğlu deyib ki, burada yalnız bircə maneə var - Ermənistanın siyasi iradəsi: "Ermənistanın siyasi iradəsi Rusiya ilə əlaqələri bərpa etmək istiqamətində deyil. SSRİ vaxtında Ermənistana yüklərin 85%-i Mehri dəmiryolu vasitəsilə daşınıb. Bu yol SSRİ-İran sərhədi boyunca keçən ən uzun dəmiryolu marşrutu olub. Bu yol həm də SSRİ-nin Türkiyə ilə sərhədinə ən yaxın məsafədən keçən marşrutlardan birisidir. Ermənistan Gürcü-abxaz dəmiryolunun fəaliyyətinə 4 (siyasi, geosiyasi, təbii-coğrafi və texniki) maneələri aradan qaldırmağa çalışır, amma özünün bircə maneəsindən geri çəkilmək fikrində deyil".

Politoloq qeyd edib ki, Mehri dəmiryolunun fəaliyyətə başlamasının ən böyük maneəsi Moskvadakı ermənilərdir: "Siyasi və maliyyə baxımından imkanlı ermənilər heç vaxt Rusiya ilə Ermənistan arasında etibarlı əlaqədən ötrü fəaliyyət göstərməyiblər. Kasıb kəndli balası olan Levon Ayrapetyan Moskvada dünyanın ən böyük media maqnatlarından və milyarderlərindən birinə çevrildi. B.Obamanın təşkil etdiyi şəxsi qonaqlıqlarda iştirak edən L.Ayrapetyanın bütün maliyyə və siyasi imkanları Dağlıq Qarabağın militarlaşmasına yönəlmişdi. Dağlıq Qarabağda tikdiyi hərbi məktəbdə hətta Azərbaycan Respublikasının etnik qruplarının təmsilçiləri hərbi təhsil almalı idi. Bu adam Rusiyanın Qafqazda təsirinin qalmasında və ya güclənməsində maraqlı ola bilməzdi. Rusiya Erməniləri ittifaqının sədri A.Abramyan bircə dəfə də olsun Mehri dəmiryolunun fəaliyyətinə münasibət bildirməyib. “Ameriabank”ın rəhbəri, Rusiya vətəndaşı, Rusiyanın hesabına milyarder olmuş R.Vardanyanın oğlu da yəqin ki, Rusiya vətəndaşıdır. R.Vardanyanın oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir. Dağlıq Qarabağdakı ermənilərdə ksenofobiya meyillərinin güclənməsində R.Vardanyanın kapitalının rolu mühümdür".

Mərkəz rəhbəri deyib ki, Moskvada bir nömrəli erməni milyarderi, “Taşir” qrupunun başçısı S.Karapetyanın da kapitalı Dağlıq Qarabağda mövcuddur: "Amma bu iştirak da Rusiyanın mövqelərinin güclənməsinə xidmət etmir. Lakin bu sadaladığımız ermənilərin kapitalı və siyasi nüfuzu Rusiya yüksək çinli rəsmilərinin mövqeyini çaşdırılması istiqamətində xeyli güclü fəaliyyət göstərir. RF Nəqliyyat naziri M.Sokolov özbaşına Yerevana gəlib iki ölkə arasında nəqliyyat əlaqəsi üçün əlavə variantları müzakirə etməzdi. M.Sokolovu Yerevana göndərən Kremldir. Kremlin ikinci addımı Moskvadakı erməniləri Rusiyaya sadiqliyə məcbur etmək olacaqdır. Özləri indidən bu yolu seçsələr daha yaxşı olar. Mehri dəmiryolu Moskvadakı ermənilər və Ermənistan üçün həqiqət anıdır".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Bank VTB (Azerbaijan)" yeni sistemin alınması üçün tender keçirir

01 May 2017 10:52

Bakıda bu şəxslər üçün avtobuslar

01 May 2017 10:51

İstanbulda yollar bağlandı, Taksimdə saxlanılanlar var (FOTO/VİDEO)

01 May 2017 10:50

Əri Tuba Büyüküstündən imtina etdi

01 May 2017 10:48

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır

01 May 2017 10:47

Bakıda insanları ölümə aparan qutu

01 May 2017 10:47

Salyanda 2 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

01 May 2017 10:47

Diana Hacıyeva "Eurovision" səhnəsində ilk məşqini keçib

01 May 2017 10:47

Türkiyədə zəlzələ baş verdi

01 May 2017 10:45

İslamiada: “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları Bakıya gəlir

01 May 2017 10:44

Cahangir Əsgərovun qızı ingilisə ərə getdi - FOTOLAR

01 May 2017 10:43

“Milyonlarla insan öləcək” – Trampdan DƏHŞƏTLİ XƏBƏRDARLIQ

01 May 2017 10:43

Tanınmış jurnalistin səhhətində problem yarandı

01 May 2017 10:43

17 yaşlı qız evə oğlan gətirdi, "əri" oyanıb onları birlikdə tutdu - Gizli sevgi ölümlə nəticələndi - FOTO

01 May 2017 10:42

Ağstafada ADB-nin maliyyələşdirdiyi 4 körpünün tikintisi bitmək üzrədir

01 May 2017 10:42

İki nazir istefaya göndərildi

01 May 2017 10:40

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

01 May 2017 10:39

Nəsimi Paşayev əməliyyat olundu

01 May 2017 10:37

QMİ sədri: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib"

01 May 2017 10:37

"Fənərbağça"da ciddi itki

01 May 2017 10:37

“Google Chrome” brauzeri hər bir təhlükəli veb səhifə haqda xəbərdarlıq edəcək

01 May 2017 10:35

İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:35

"Apamark" müştəriləri ilə daha sıx əlaqədə olacaq

01 May 2017 10:34

İslamiada zamanı kimlər nəqliyyatdan pulsuz istifadə edəcəklər? - RƏSMİ

01 May 2017 10:32

3 tələbə evə çağırdıqları qızları döyüb sosial şəbəkədə VİDEOlarını paylaşdılar - FOTO

01 May 2017 10:32

Müdafiə nazirinin müavini: "Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir"

01 May 2017 10:32

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:29

"Qafqazın fatehi"nin çürüməyən cəsədi - İNANILMAZ DETAL

01 May 2017 10:28

Oksana üçün özəl gün - FOTO

01 May 2017 10:27

"Qəbələ"nin hücumçusu: "Final oyununda komandamız qələbəyə köklənib"

01 May 2017 10:27

Kliçkonu məğlub edən Coşua: "Milyonlar həyatımı dəyişməyəcək" - VİDEO - FOTO

01 May 2017 10:27

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb

01 May 2017 10:26

Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır (VİDEO/FOTO)

01 May 2017 10:22

Dövlət Dəniz Administrasiyasında “E-hökumət” portalından istifadə ilə bağlı tədbir keçirilib (FOTO)

01 May 2017 10:22

AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. maata çatıb

01 May 2017 10:22

"Başakşəhər" klubundan tarixi uğur

01 May 2017 10:22

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başladı

01 May 2017 10:19

Qanamanı 10 saniyədə dayandırır

01 May 2017 10:19

Azərbaycanlı xoreoqraf "Eurovision" təmsilçimiz üçün MÖHTƏŞƏM SƏHNƏ ŞOUSU hazırladı - VİDEO/FOTO

01 May 2017 10:18

Aktrisa doğum günündə o qədər içdi ki, ayaq üstə dayana bilmədi - FOTO

01 May 2017 10:17

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib

01 May 2017 10:17

Təyyarə hava burulğanına düşdü

01 May 2017 10:16

Şəkidə meşədə qətl - Qaynını güllələdi

01 May 2017 10:15

İslam Oyunları vaxtı bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

01 May 2017 10:14

Bu gündən ictimai nəqliyyatdan istifadə PULSUZDUR - FOTO

01 May 2017 10:13

Xoşqədəm məğlub oldu - VİDEO

01 May 2017 10:12

"Malaqa" "Sevilya"ya qarşı

01 May 2017 10:12

Bakıda görünməmiş fırıldaq - Taxta soxurlar ki... - FOTO

01 May 2017 10:12

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

01 May 2017 10:12

Məşhur müğənninin əməliyyatdan əvvəlki halı - FOTO

01 May 2017 10:12