Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi vəzifəsindən azad olunub
10:32 13 Yanvar 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov vəzifəsindən azad olunub.
"Report"un məlumatına görə, V.Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Onun Komissiya Katibliyindən azad olunmasına səbəb 2015-ci ildə V Çağırış Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülməklə deputat seçilməsi olub.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi vəzifəsinə hələ təyinat olmayıb.
Qeyd edək ki, V.Hüseynov parlament seçkilərində 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/korrupsiyaya-qarsi-mubarize-uzre-komissiyanin-katibi-vezifesinden-azad

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR