"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır"

"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır"
10:32 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

"Ukrayna və Suriya Rusiyanın təsir əhatəsindən uzaqlaşır".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama "Ölkənin vəziyyəti barədə" illik müraciətində bəyan edib.   

"İqtisadiyyatının zəifləməsinə baxmayaraq, Rusiya resurslarını onun təsir əhatəsindən sürətlə uzaqlaşan Ukrayna və Suriyaya yönəldir", - deyə Obama qeyd edib.   
 
Barak Obama ABŞ-ın demokratiyanın qorunmasında Ukraynanı dəstəklədiyini qeyd edib.    
 
"Biz Ukraynaya demokratiyasının qorunmasına və ya Kolumbiyaya on illərlə davam edən müharibənin həllinə dəstək veririksə, bu bizim də asılı olduğumuz beynəlxalq nizamı möhkəmləndirir", - deyə Obama vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR