Polis Akademiyasına pulla tələbə "düzəldən" qadın tutuldu

Polis Akademiyasına pulla tələbə "düzəldən" qadın tutuldu
10:37 13 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaşları aldadaraq pulunu mənimsəyən 53 yaşlı qadın axtarışa verilib.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Esmira Bayramova ötən ilin noyabr ayından axtarışa verilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

E.Bayramova vətəndaşlara övladlarını Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul etdirəcəyinə söz verərək külli miqdarda pul alıb. Lakin abituriyentlərin heç biri Akademiyaya qəbul olunmayıb. Bundan sonra valideynlər aldandıqlarını başa düşüblər və qadından pullarını tələb ediblər. E.Bayramova onları müxtəlif bəhanələrlə bir müddət gözləməyə məcbur edib, sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb. 
Valideynlərin polisə müraciətindən sonra Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış elan edilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Esmira Bayramova saxlanılıb. Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR