Oğlunun müalicəsi üçün evini satmaq istədi, prezident qoymadı

Oğlunun müalicəsi üçün evini satmaq istədi, prezident qoymadı
10:59 13 Yanvar 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

May ayında 46 yaşlı oğlunu beyni xərçəngindən itirən Amerika Birləşmiş Ştatları vitse-prezidenti Cozef (Co) Bayden o zaman qarşılaşdığı maliyyə problemlərindən danışıb. ANS PRESS-in məlumatına görə, artan xərclərini qarşılamaq üçün evini satmağı planlaşdırıb. Lakin ABŞ prezidenti Barak Obama buna imkan verməyib. "O, mənə "evini satma, sənə kömək edərəm" dedi".

Bayden CNN-də çıxışı zamanı Obama ilə bir yeməkdə oğlunun xəstəliyindən danışdıqlarından bəhs edib. O, deyib ki, xəstəliyinə görə oğlu Bo Bayden işindən istefa verməli olub. Buna görə onun maaşı kəsilib, ailəsinin xərcləri çoxalıb. Buna görə də Bayden həyat yoldaşı ilə belə qərara gəliblər ki, evlərini satsınlar. lakin bunu eşidən ölkə prezidenti etiraz edib. ""Evi satmayın. Evi satmayacağınıza dair söz verin. Sənə nə zaman ehtiyacın olsa pul verərəm. Co mənə söz ver" dedi o mənə"


Co Bayden və Barak Obama

Vitse prezident prezidentin bu yardım təklifindən böyük qürurla bəhs edib. O, bunun əsl ailə münasibəti olduğunu deyib. "Onun ailəsinə, mənim ailəmə olan sevgisi əsl insanlıq nümunəsidir. Ailə olmaq belə bir şeydir..."

ABŞ-ın vitse prezidenti oğlu olmadığı üçün Milad bayramını da çətin qeyd etdiklərini deyib.

Bo Bayden beyin xərçəngindən əziyyət çəkirdi. O, həmçinin 2010-cu ildə insult keçirmişdi. Bayden müalicə olunmaq üçün 2015-ci ilin may ayının əvvəlindən xəstəxanaya yerləşdirilmişdi.
B.Baydenin 46 yaşı var idi. O, Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Ömrünün son illərində isə investisiya şirkətində işləyib.
Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.


Co Bayden oğlu ilə


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR