Azərbaycanda faciəvi olay: meyit tanınmaz hala düşdü

Azərbaycanda faciəvi olay: meyit tanınmaz hala düşdü
10:54 13 Yanvar 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə Masallı rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 01:30 radələrində Ələt-Astara magistralının 164-cü kilometrliyində Zaur Məmmədov idarə etdiyi "Mercedes C180" markalı avtomobillə qəfil yola çıxan kişini vurub. Avtomobil sürətlə hərəkət etdiyindən piyadanı xeyli sürüyərək 25-30 metr kənara atıb.

 

Hadisə zamanı piyadanın sifəti tanınmaz hala düşdüyündən onun kimliyini vəya təxmini yaşını müəyyənləşdirmək mümkün olmayıb. Olay yerinə gələn polis ölən şəxsin 25-40 yaşlarında olduğunu qeyd edib.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR