Türkiyəni qana bulayan şəxsin görüntüsü yayıldı

Türkiyəni qana bulayan şəxsin görüntüsü yayıldı
11:14 13 Yanvar 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində Sultanəhməd meydanında partlayış törədən şəxsin görüntüsü yayılıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sultanəhməd meydanında10 insanın ölümü, 15 nəfərin də yaralanmasına səbəb olan şəxs Nabil Fadli adlı şəxs olub.

İŞİD üzvü olduğu açıqlanan şəxsin 28 yaşı olub. Onun görüntüsü yanvarın 5-də İstanbulda çəkilib. Fadli Türkiyəyə qısa müddət öncə gəlib. Canlı bomba olan şəxsə aid olduğu iddia edilən bir barmaqdan götürülən iz Nabil Fadli ilə eyni olub.


Şübhəli şəxs


Kamikadzeni son anda görən turist qrupun rəhbəri onun təmiz üzlü, iri saqqalı bir gənc olduğunu deyib. Polisdə ifadə verən qadın onun modern türk gəncinə bənzədiyini qeyd edib.
Sibel Şatıroğlunun son anda şübhələndiyi bir gənci görüb "qaçın" deyə qışqırması ölü sayının artmasının qarşısını alıb.

Terror aktından dərhal sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışı Suriya əsilli kamikadzenin törətdiyini deyib.


Terror hadisəsindən sonra hadisə yeri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR