Berti Foqts: "Onlar çox vaxt uğursuzluğa düçar olublar"

Berti Foqts: "Onlar çox vaxt uğursuzluğa düçar olublar"
11:12 13 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

"Braziliyadakı mundialdan qalib kimi qayıdırsansa, Avropa çempionatının bir nömrəli favoriti sayılırsan".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı yerli mətbuata açıqlamasında ölkəsinin Avro-2016-dakı şanslarını dəyərləndirib.
 
Foqts qitənin nəhənglərindən sayılan Hollandiyanın Avropa çempionatından kənarda qalmasının onun üçün maraqsız olduğunu bildirib: "Hollandiyanın niyə Avropa çempionatına vəsiqə qazana bilmədiyini soruşmayın. Bu komanda Avropa çempionatı üçün deyil. Ondansa turnirdə Almaniyadan sonra ikinci favoritin kim olduğunu soruşun".
 
20 il öncə, yəni 1996-cı ildə Bundestimi Avropa çempionu edən Foqts həmyerlilərinə güvənir. O, İngiltərə yığmasını da favoritlər sırasında göstərib: "İngiltərə həmişə turnirin favoritlərindən sayılıb. Ancaq onlar çox vaxt uğursuzluğa düçar olublar". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR